Putin hakimiyyəti onlarla bölüşdürür

Putin hakimiyyəti onlarla bölüşdürür

Ukraynadakı müharibəyə görə Rusiya Prezidenti Vladimir Putin ölkədə populyarlığını və gücünü itirir.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Abbas Qalyamov deyib.

“Buna görə də Putin hazırda terrorun köməyi ilə növbəti seçkidə onun qələbəsini təşkil edə biləcək blokun təsirini gücləndirir. Putin təhlükəsizlik qüvvələri ilə hakimiyyəti “bölüşməyə” başlayıb. Bunun sübutu qanunsuz ovda ittiham olunan Rusiya Kommunist Partiyasının deputatı Raşkinə oxunan hökmdür. Rusiyada əvvəllər kommunist deputatlar təqib olunmayıb. Hökm Rusiyadakı güc blokunun daha çox hakimiyyət aldığını göstərir. Əvvəllər o, Rusiyanı əsasən siyasi alətlər hesabına idarə edirdi, güc alətləri ikinci planda idi. Sadə dillə desək, bügünədək o, “kifayət qədər” seçkidə qalib gəlib, indi isə növbəti seçkini itirmək riski böyükdür”, – politoloq bildirib.

Onun proqnozlarına görə, indi güc strukturları Rusiyada vəziyyətə daha çox nəzarət edəcək.

Teqlər: