Putin “gizlənməyə” çalışır, konfransı ləğv etdi – ABŞ

Putin “gizlənməyə” çalışır, konfransı ləğv etdi – ABŞ

Rusiya Prezidenti Putin Ukrayna üzərində qələbəni elan etmək arzusunda idi, lakin Ukrayna ordusu onun planlarının həyata keçməsinə imkan vermədi. Bu səbəbdən o, “naqolay” suallardan gizlənməyə çalışır və ictimaiyyət qarşısında danışmaqdan qorxur.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Putin 2012-ci ildən bəri ilk dəfə illik mətbuat konfransını ləğv edib. Diktator sadəcə özünə inamını itirib və artıq rusların tənqidinə müqavimət göstərə bilməyəcəyini anlayıb. Kiyev vilayətində və Ukraynanın şimalında rus qoşunlarının uğursuzluğu Putinin bütün planlarını puça çıxarıb. Vladimir Purin qələbəni elan etməyi və Rusiya Federasiya Şurasına uğurları haqqında danışmağı xəyal edirdi.

İndi Putin 2023-cü ildə “qələbə nitqi” söyləyə biləcəyinə ümid edir və ya sadəcə olaraq məğlubiyyətini etiraf etməli olduğu anı gecikdirir”, -məlumatda deyilir.

Qeyd olunur ki, Putin mətbuat konfransını ləğv etməklə vəziyyəti daha da gərginləşdirir:

“Axı diktator sadəcə olaraq öz acizliyini ortaya qoyur və Ukraynaya qarşı müharibə ilə bağlı suallara cavab verə bilməyəcəyini göstərir”.

Teqlər: