Putin getsə belə, Rusiya dəyişməyəcək – Latviya

Putin getsə belə, Rusiya dəyişməyəcək – Latviya

Vladimir Putin siyasi səhnədən uzaqlaşsa belə, Rusiyanın Ukraynada dağıdıcı şəkildə özünü göstərən imperiya iddiaları Avropanı təhdid etməkdə davam edəcək.

AzerTimes xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Krişyanis Karinş deyib.

“NATO nöqteyi-nəzərindən problemli və təhlükəli Rusiya ilə uzun müddət mübarizə aparmalı olacağıq. Rusiyada maarifləndirici, liberal ideyalar irəli sürən bir lider önərəcək hər hansı hərəkatın olduğuna dair heç bir əlamət görmürük.

Bu, yaxın gələcəkdə ümumiyyətlə gözlənilmir”,- o bildirib.

Teqlər: