Rusiya Prezidenti Vladimir Putin ölkənin Baş Qərargah rəisi Valeri Gerasimovu Ukraynadakı Rusiya qoşunlarının komandanı vəzifəsindən azad edib.
AzerTimes Musavat.com.-a istinadən xəbər verir ki, Gerasimov Baş Qərargah rəisi kimi orduya rəhbərlik edəcək, lakin müharibənin ümumi məsuliyyəti indi hava-desant qüvvələrinin komandanı Mixail Teplinskinin üzərinə düşəcək.
Rəsmi olaraq məsələ ilə bağlı heç bir məlumat verilməyib. Lakin Baş Qərargah rəisinin Priqojin üsyanından sonra ictimaiyyət qarşısına çıxmadığı bildirilib.