Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyində kadr dəyişikliklərindən istifadə edərək, Xarkov vilayətində rus ordusunun son uğursuzluqlarının günahını başqasının üzərinə atmağa çalışır.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Məlumata görə, Rusiya MN-in Qərb Hərbi Dairəsinə general-leytenant Roman Berdnikov yeni komandir təyin edilib:
“Putin iki həftə ərzində qərb qüvvələr qrupunun iki komandirini dəyişdi. O, Rusiyanın Xarkov vilayətində və Limanda itkilərindən narazı olduğu üçün kadr dəyişikliyi edir. Bu həm də Mərkəzi Hərbi Dairənin komandanı general-polkovnik Aleksandr Lapini Rusiyanın Limandakı son uğursuzluqlarına görə tənqidlərdən qorumaq cəhdi ola bilər. Bu yolla Putin Rusiyanın Xarkov və ola bilsin ki, Luqansk vilayətlərində gələcək itkilərinin günahını yeni təyin olunmuş Berdnikovun üzərinə atmağa cəhd edəcək”.