Rusiya Prezidenti Vladimir Putin noyabrda keçiriləcək “Rusiya forumu”nda beşinci dəfə prezidentliyə namizədliyini elan edə bilər.
AzerTimes xəbər verir ki, bu barədə “Kommersant” mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edək ki, forum 2023-cü il noyabrın 4-dən 2024-cü il aprelin 12-dək keçiriləcək və vaxt baxımından prezidentlik kampaniyası ilə üst-üstə düşəcək. Sərgidə Rusiyanın iqtisadiyyatın müxtəlif sahələrində əldə etdiyi ən mühüm nailiyyətləri nümayiş etdiriləcək.