Putin G7 ölkələrinin sammitinə zərbə endirib

Putin G7 ölkələrinin sammitinə zərbə endirib

Rusiya Prezidenti Vladimir Putin Böyük Yeddilik (G7) ölkələrinin zirvə toplantısına Ukraynada zərbə endirib.

AzerTimes xəbər verir ki, bunu siyasi strateq və yazıçı Mixail Şeytelman deyib.

Şeytelman qeyd edib ki, Ukraynada müharibəni dayandırmaq üçün Alyans müdaxilə etməli və Rusiya ordusuna zərbə vurmalıdır:

“Hamı başa düşür ki, Putin G7-yə zərbə vurdu və Qərb də bunu anlayır. NATO sammiti hələ də “vurulacaq” və Ukraynadakı bütün mülki vətəndaşlarımız bu yeni zərbələrə hazırlaşmalıdırlar. Çünki ruslar Madridə deyil, Kiyevə və Odessaya hücum edəcək”.

Teqlər: