Rusiya Prezidenti Vladimir Putin Hindistanın təşkil etdiyi və noyabrın 22-də keçiriləcək virtual G20 sammitində iştirak etməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə “Moskva. Kreml. Putin” proqramında məlumat verilib.
“22 noyabrda virtual G20 sammiti olacaq. Orada Vladimir Putinin də iştirakı gözlənilir”, – deyə bildirilib.