Putin fikrini dəyişsə, Batya özünü qoruya bilməyəcək

Putin fikrini dəyişsə, Batya özünü qoruya bilməyəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko heç vaxt cangüdənlərinin qayğısına qalmayıb. Çox güman, o, başa düşür ki, Rusiya Prezidenti Vladimir Putin onu öldürmək qərarına gəlsə, özünü qorumaq onun üçün çətin olacaq.

AzerTimes xəbər verir ki, bunu siyasi strateq Mixail Şeytelman deyib.

“Lukaşenko heç vaxt təhlükəsizliyinin qayğısına qalmayıb. O, Putin deyil, gizlənmir. Məsələn, Putin saxta analarla görüşür, Lukaşenko isə inqilab olanda mitinqlərin, etirazların olduğu zavoda gəlir, onlarla danışmağa, hətta dalaşmağa başlayır. Orada hamı ona qışqırır, o isə cavabında “Yaxın gəl, danışaq” deyir. Lukaşenko təbiətcə belə bir insandır”, – Şeytelman söyləyib.

Onun sözlərinə görə, Lukaşenkonun ətrafındakı hər ikinci şəxs FSB agentidir.

Teqlər: