Putin Ərdoğanla görüş üçün Türkiyəyə yollanır

Putin Ərdoğanla görüş üçün Türkiyəyə yollanır

Rusiya prezidenti Vladimir Putin Ankaraya gedir.

Rus liderin işgüzar səfəri bu gün başlayır. O, türk həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

İki lider ölkələri arasındakı münasibətlərlə yanaşı, Suriyada baş verənlər hadisələri və Şimali İraqdakı referendum barədə də müzakirələr aparacaqlar.

Qeyd edək ki, bir neçə gün öncə Putinlə Ərdoğan arasında telefon danışığı da olub. Prezidentlər Suriya və İraqın ərazi bütövlüyünün qorunmasının vacibliyini müzakirə etmişdilər.

Rusiya və Türkiyə liderlərinin əsas müzakirə obyektlərindən biri də S-400 raket kompleksinin alışı olacaq.

Xatırladaq ki, iki ölkə arasında münasibətlər iki il öncə Türkiyənin Suriya ilə sərhəddə Rusiyaya məxsus hərbi təyyarəni vurmasından sonra pozulmuşdu. Nəticədə Rusiya bir sıra iqtisadi sanksiyalar tədbiq etmiş, tərəflər bir-birini ittiham etmişdi. Lakin ötən il R.T.Ərdoğanın üzrxahlıq məktubundan sonra aradakı buzlar əriməyə başlayıb.

Putin sonuncu dəfə ötən ilin oktyabr ayında Türkiyəyə səfər edib. İki liderin son görüşü isə bu ilin may ayında Soçidə bş tutub.