Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında daim ünsiyyətə ehtiyac var.
AzerTimes xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Putin və Ərdoğan arasında hər zaman ünsiyyətə ehtiyac var və siz bilirsiniz ki, onların görüşəcəyi barədə razılıq var”, – deyən Peskov Putinin vaxt təyin edilən kimi Türkiyəyə gəlməyə hazır olduğunu vurğulayıb.
“Vaxt hələ müəyyən edilməsə də, diplomatik kanallar vasitəsilə razılaşdırılacaq və gec-tez bu əlaqə baş tutacaq”, – Peskov bildirib.