Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
Tərəflər enerji sektorunda əməkdaşlıq, o cümlədən Rusiya təbii qazının tədarükü məsələlərini müzakirə ediblər.
Bundan əlavə, Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.