Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Səfərin tarixi ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, Putin avqustda Türkiyə lideri ilə görüşəcəyini, görüşün Rusiya və yaxud Türkiyədə ola biləcəyini demişdi.
Bu gün Türkiyə və Rusiya liderləri arasında telefon danışığı baş tutub.