Putin Ərdoğanın bu xahişindən imtina etdi

Putin Ərdoğanın bu xahişindən imtina etdi

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın taxıl müqaviləsinin bərpasını müzakirə etmək istəyinə cavab verməyib.

AzerTimes xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Türkiyə liderinin təkid etdiyi telefon danışığı hələ də baş tutmayıb.

Türkiyə rəsmiləri digər kanallar vasitəsilə dialoqa təkan verməkdə davam edir.

Qeyd edək ki, Rusiya 17 iyulda başa çatan Qara Dəniz Taxıl Təşəbbüsünün müddətini uzatmaqdan imtina edib. Buna səbəb kimi isə taxıl sazişi ilə Qərbin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini göstərib. Rusiya taxıl sazişinə qayıtmaq üçün şərtini də açıqlayıb.

Rusiya lideri Putinin avqust ayında Türkiyəyə səfəri gözlənilir.

Teqlər: