Putin ərazi bütövlüyümüzü şübhə altına alanda… – Millət vəkili

Putin ərazi bütövlüyümüzü şübhə altına alanda… – Millət vəkili

Putin Valday klubunda Azərbaycanın ərazi bütövlüyünü, əvvəllər verdiyi bəyanatlara zidd olaraq, şübhə altına alanda mən həm onu, həm Rusiya dövlətini sözünü tutmamağa və beynəlxalq hüquqa hörmət etməməyə görə kəskin qınadım. Amma o zaman da əlavə etmişdim ki, biz Rusiya ilə işləməkdə davam etməliyik. Çalışmalıyıq ki, hansı rejimin və kimin hakimiyyətdə olmasından asılı olmayaraq, həmişə Rusiya ilə yaxın qonşuluq və dostluq siyasəti aparaq.

AzerTimes xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev mediaya geniş müsahibəsində deyib.

O bildirib ki, Rusiya böyük qonşumuzdur, Rusiyada iki milyona qədər soydaşımız, on milyonlarla türk-müsəlman yaşayır:

“Rusiya Azrbaycan fermerləri üçün böyük bazardır. Azərbaycan gəncləri üçün iş bazarıdır. Onlar Azərbaycanda qalmış ailə üzvlərinə acından ölməmələri üçün yüz milyonlarla dollar pul göndərirlər. Bizi Rusiya ilə 200 illik tarixi əlaqələr bağlayır. Qarabağda Azərbaycanın suverenliyinin qansız, itkilərsiz bərpası da daha çox Rusiyadan asılıdır, bunu heç kim yaddan çıxarmamalıdır. Mən həmişə Rusiya ilə əlaqələrin inkişaf etdirilməsinin tərəfdarı olmuşam. Qarabağ məsələsində biz Qərbdən fərqli olaraq Rusiyanın daha ədalətli mövqe sərgiləməsinə nail ola bilərik. Mən türk-slavyan respublikaları ittifaqının perspektivinə inanmışam. Ukraynaya təcavüz bu prosesi gecikdirsə də, gələcəkdə bunun baş tutacağına inanıram”.

Teqlər: