Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanı Rusiyaya görüşə dəvət edib.
AzerTimes xəbər verir ki, o, bu barədə MDB Dövlət Başçıları Şurasının iclasında deyib.
“Mən həm Azərbaycan Prezidentini, həm də Ermənistanın Baş nazirini dəvət etməkdən məmnunam. Buyurun, sizinlə bir tarix təyin edə bilərik. Ümid edirəm ki, bu görüşə maraq var. Görüş Soçidə, Sankt-Peterburqda, Moskvada ola bilər”, – o bildirib.
Putin üçtərəfli formatda dəfələrlə görüşdüklərini xatırladıb:
“İndiki şəraitdə yenidən görüşmək yaxşı olardı”.