Putin Əliyevdən İrəvana təzyiqləri azaltmağı istəyib – KİV

Putin Əliyevdən İrəvana təzyiqləri azaltmağı istəyib – KİV

Ermənistan Baş naziri Nikol Paşinyan “Ana Rusun qoynuna” azğın oğul kimi qayıdır.

AzerTimes xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Qəzet Paşinyanın Rusiyaya meyillənməsinin açıq şəkildə sezildiyini bildirib:

“Paşinyan dar dairələrdədə payızda sürprizlər ola biləcəyini deyib. Avqustun 31-də keçirilən mətbuat konfransında Rusiyaya baş əyməyin ilk işarəsi hiss olundu. Dünən də məlum oldu ki, Ermənistan qeyri-rəsmi olaraq BRİKS və MDB sammitlərində iştirak edəcək. Bəziləri Nikol Paşinyanın ritorikasını dəyişməsinin səbəbini avqustun 23-də Rusiya Prezidenti Vladimir Putinlə baş tutan son telefon danışığında görür. Bundan 4 gün sonra Putin Azərbaycan Prezidenti İlham Əliyevlə də danışıb və bir gün sonra iki ay uzanan delimitasiya Əsasnaməsi imzalanıb”.

Nəşrin yazdığına görə, Paşinyanın mövqeyini dəyişməsi Bakı ilə də bağlı ola bilər:

“Bəzi mənbələrə görə, Putin Əliyevdən Ermənistana təzyiqləri azaltmağı xahiş edib. Bəlkə də buna görə Rusiyanın MDB və KTMT platformalarını boykot edən Paşinyan indi iştirak etmək qərarına gəlib. Dünən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, o, İrəvanın KTMT-nin fəaliyyətində tam iştirakının bərpasını gözləyir”.

Teqlər: