Putin elə bilir ki, cəsarətimiz çatmayacaq – Conson

Putin elə bilir ki, cəsarətimiz çatmayacaq – Conson

Əgər Putinə qətllərdən yayınmağa icazə verilsə və Avropanın sərhədlərini güc yolu ilə dəyişdirmək imkanı verilsə, o bunu edəcək.

AzerTimes xəbər verir ki, bu sözləri Böyük Britaniyanın sabiq baş naziri Boris Conson deyib.

“Rusiya-Ukrayna müharibəsinin növbəti bir neçə ayı çətin olacaq. Putin hesab edir ki, mülayim avropalı siyasətçilərin döyüşməyə cəsarəti çatmayacaq. Bu qış biz sanksiyaları dayandırıb Rusiya nefti və qazı üçün yalvarmağa başlayacağıq. O, inanır ki, biz Ukraynanı dəstəkləməkdən yorulacağıq və ukraynalıları Kreml tiranı ilə müqavilə imzalamağa məcbur edəcəyik. Bu, dəlilik olardı. Bu amansız qol güləşində Ukrayna xalqı qalib gələcək”, – Conson bildirib.

Teqlər: