Belarus Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iyulda Astanada keçiriləcək sammitində təşkilatın 10-cu üzv ölkəsi elan olunacaq.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin məlumat verib.
“Sammitdə üzvlük üçün bütün lazımi prosedurların tamamlandığı elan ediləcək və beləcə Belarus ŞƏT-ə üzv olan onuncu ölkə olacaq”, – Putin qeyd edib.