Rusiya Prezidenti Vladimir Putin iyulda Astanada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini bildirib.
AzerTimes xəbər verir ki. bu barədə Putin Türkiyə XİN rəhbəri Hakan Fidanla görüşündə deyib.
“Sizdən xahiş edirəm ki, Prezident Ərdoğana ən xoş arzularımı çatdırasınız. Ümid edirəm ki, yaxın gələcəkdə, iyulda, bildiyimə görə, iyulun 3-də və ya 4-də o, beynəlxalq tədbir çərçivəsində Astanada olmalıdır və bizim görüşmək imkanımız olacaq”, – deyə Putin bildirib.