Putin düşünür ki, Qərb güzəştə gedəcək – Kallas

Putin düşünür ki, Qərb güzəştə gedəcək – Kallas

Azad dünya Rusiyanı təcrid etməyə davam etməlidir.

AzerTimes xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kaya Kallas deyib.

“Müharibənin əvvəlindən mən Rusiyanın enerji resurslarının satışından əldə etdiyi gəliri məhdudlaşdırmağa çağırıram, çünki bununla Kreml öz hərbi sənayesini dəstəkləyir”, – Kallas bildirib.

Onun sözlərinə görə, Putinin Qərbin səbir kasasının daşdığını və buna görə güzəştə birinci gedəcəyini düşünür:

“Biz bunun baş verməsinə imkan verməyəcəyik. Ukrayna Rusiyanı öz ərazisindən sıxışdırmayana qədər, azad dünya Rusiyanı təcrid etməyə və sanksiyaları artırmağa davam etməlidir”.

Teqlər: