Rusiya Prezidenti Vladimir Putin gələn həftə Düşənbə və Aşqabada səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Rossiya 1” kanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişdə bildirilib.
“Putin əvvəlcə Düşənbəyə gedəcək. İmaməli Rəhmanla böyük danışıqlar olacaq. Daha sonra Putin Kremldə İndoneziya Prezidenti Coko Vidodo ilə görüşəcək. Ardınca isə Xəzər sammitində iştirak etmək üçün Aşqabada yola düşəcək”, – məlumatda qeyd olunub.