Rusiya Prezidenti Vladimir Putin iyunun 5-də Sankt-Peterburqda dünya xəbər agentliklərinin rəhbərləri ilə görüş keçirəcək.
AzerTimes xəbər verir ki, bu barədə jurnalistlərə Prezidentin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, söhbət “sual-cavab” formatında olacaq və Rusiyanın daxili və xarici siyasətinin aktual aspektlərinə həsr olunacaq.
Qeyd edək ki, bu, uzun illərdir ki, TASS-ın Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində təşkil etdiyi ənənəvi tədbirdir.