Rusiya Prezidenti Vladimir Putin hələ müharibədən əvvəl danışıqlarda maraqlı deyildi və hələ də onunla maraqlanmır.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı keçmiş səfiri Con Sallivan deyib.
“Xüsusi hərbi əməliyyatın məqsədi Kiyevdəki hakimiyyəti aradan qaldırmaq və mahiyyət etibarı ilə Ukrayna xalqını əsarət altına almaq olub. Və bu məqsəd o vaxtdan bəri dəyişməyib”, – keçmiş səfir bildirib.