Putin danışıqlar masasına oturmaq istəmir – İtaliya

Putin danışıqlar masasına oturmaq istəmir – İtaliya

Ukraynada müharibəyə diplomatiya yolu ilə son qoymaq lazımdır, lakin Rusiya danışıqlar masasına oturmaq istəmir.

AzerTimes xəbər verir ki, bunu İtaliya xarici işlər naziri Luici Di Mayo deyib.

“Diplomatiya fəaliyyətdədir, lakin bütün vasitəçilik səyləri Putinə görə uğursuzluqla nəticələndi. Zelenski dəfələrlə açıqlıq əlamətlərini nümayiş etdirib. Bu yol diplomatik həlldir, lakin atəşkəs yalnız Rusiya ordusunun Ukraynanın mülki əhalisini bombalamasını dayandıracağı təqdirdə əldə edilə bilər”, – XİN başçısı bildirib.

Teqlər: