Putin danışıqlar istəmir, diz çökdürməyə çalışır

Putin danışıqlar istəmir, diz çökdürməyə çalışır

ABŞ Putinin danışıqlara hazır olduğuna inanmır.

AzerTimes xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə deyib.

“Putin danışıqlara hazır olan adam kimi davranmır. O, ukraynalıları diz çökdürməyə çalışmaq üçün əlindən gələni edir. Ona görə də əlavə maliyyə tələbinin təsdiqlənməsi çox vacibdir”, – Kirbi deyib.

Ağ Ev rəsmisi Ukraynaya son hücumları xatırladıb və Rusiya ordusunun cəbhədə uğur qazanmadığını qeyd edib.

Teqlər: