Putin danışıq istəyir, vasitəçi Szinpindir – Piontkovski

Putin danışıq istəyir, vasitəçi Szinpindir – Piontkovski

Döyüş meydanında vəziyyət dəyişib və ruslar Ukrayna ilə danışıqların aparılmasını istəyir. Ona görə də Putin danışıqçı axtarır. Əvvəlcə Fransa Prezidenti Makron, sonra Türkiyə lideri Ərdoğan, indi seçim Çinin başçısı Si Szinpinin üzərinə düşə bilər.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.

“Əvvəlcə belə vasitəçilər Makron, Şolts və Draqi idi. O zaman Putinin çoxlu ambisiyaları var idi. Ruslar tərəfindən işğal olunmuş ərazilərin qorunub saxlanmasını nəzərdə tutan plan iflasa uğradı. Sonra Putin bunun uğursuzluq olduğunu başa düşdü. O, başqa bir danışıqlar aparan şəxsi – cənab Ərdoğana müraciət etdi. İndi Putinə onun həyatına zəmanət verən başqa bir danışıqçı lazımdır. Bu, Çin prezidenti Si Szinpindir. Çin artıq bu mənasız müharibəni davam etdirməkdə maraqlı deyil. Cənab Si Çindəki Taoist monastırlarından birində Putinə təhlükəsiz qocalığa zəmanət verə bilər”, – o bildirib.

Teqlər: