Putin Çuxotkaya yeni rəhbər təyin etdi

Putin Çuxotkaya yeni rəhbər təyin etdi

Rusiya Prezidenti Vladimir Putin Çuxotka Muxtar Dairəsinin rəhbəri Roman Kopini öz xahişi ilə vəzifəsindən azad edib.

AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Elə həmin qərarla Vladislav Kuznetsov Çuxotka Muxtar Dairəsinin rəhbəri vəzifəsinin icraçısı təyin edilib.

Qeyd edək ki, R.Kopin 2008-ci ildən bəri regionun qubernatoru səlahiyyətlərini icra edirdi.

Teqlər: