Ölkələr arasında suverenliklərini gücləndirmək üçün yarış başlayıb.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib.
“Biz görürük ki, ölkələr arasında suverenliklərini möhkəmləndirmək üçün necə əsl yarış gedir. Bu, üç əsas səviyyədə – dövlət, mədəni və iqtisadi özünü göstərir. Eyni zamanda, son vaxtlara qədər qlobal inkişafın liderləri olan ölkələr var gücləri ilə əldə etdikləri hegemon rollarını qoruyub saxlamağa çalışırlar”, – deyə o bildirib.
O qeyd edib ki, bu tendensiya “qeyri-adi deyil”.