Putin müharibəsindəki qəddarlığın artıq heç bir həddi yoxdur.
AzerTimes xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok yerli mediaya müsahibəsində deyib.
“Putin rasional arqumentlər və bəşəriyyətin dəyərlərindən kənarda olduğunu daha aydın şəkildə göstərir. Və o, qətiyyən danışıqlar aparmaq istəmir”, – Berbok bildirib.
Buna görə də Berbok Ukraynada müharibənin tezliklə bitəcəyinə ümid etmədiyini vurğulayıb.
O qeyd edib ki, Avropada sülhə yalnız öz gücümüzlə nail ola bilərik.