Reputasiyası düz iki ay əvvəl məhv olmuş və üsyana başlayan Priqojinin olduğu təyyarənin qəzaya uğramasını yalnız bir nəfər sifariş edə bilərdi.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
“O, sözsüz ki, Putini qorxuya saldı. Putin isə psixotipinə əsaslanaraq müəyyən məmnuniyyət əldə etməli idi. Beləliklə, o, bunu öz üslubunda həyata keçirdi. Mesaj olaraq isə bildirdi ki, xəyanət edən hər kəs məhv ediləcək”, – Podolyak bildirib.
Qeyd edək ki, 23 avqustda Moskvadan Sankt-Peterburqa gedən biznes-jet Tver vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 10 nəfərin hamısı ölüb. Ölənlər içərisində “Vaqner”in rəhbəri Yevgeni Priqojin və “Vaqner”in komandiri Dmitri Utkin də var.
Təyyarənin zenit-raket kompleksi ilə vurulduğu ehtimalı yüksəkdir.