Rusiya Prezidenti Vladimir Putin siyasi ambisiyalarına təhlükə hiss edərsə, Ukraynaya qarşı taktiki nüvə silahından istifadə edə bilər.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Leonid Kuçma deyib.
“Mən bu təhlükəni istisna etmirəm. Fakt budur ki, nüvəsiz Ukrayna Rusiyaya adekvat cavab vermək iqtidarında deyil. Özü də cəzasızlıq hissi on ildən artıqdır ki, Putinin hərəkətlərinin əsas hərəkətverici qüvvəsi olub. Əgər cəbhədəki vəziyyət Rusiyanın mövcudluğu və ya təhlükəsizliyini deyil, sırf Putinin siyasi mövqelərini və onun rejiminin sabitliyini təhdid edirsə, o zaman Kreml taktiki nüvə silahından istifadə edə bilər. Bunun qarşısını almaq olarmı? Ümid edirəm ki, hə. Putini burada dayandıra bilmərik. Ancaq Qərb müttəfiqlərimiz, məncə, edə bilərlər”, – Kuçma bildirib.