Putin bunu edəcəyimizə inanmırdı – Petreus

Putin bunu edəcəyimizə inanmırdı – Petreus

Ukraynada müharibənin başa çatması silah təchizatından və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının tərəfdaşlarından istədiyi silahları alıb-almamasından asılı olacaq.

AzerTimes xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru, general Devid Petreus deyib.

O qeyd edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə ABŞ-ın cavabı təsiredici olub:

“Baxmayaraq ki, Vaşinqton bəzi qərarları daha tez qəbul edə bilərdi. Qərbin reaksiyası həqiqətən çox, məncə, Putinin düşündüyündən qat-qat əhəmiyyətlidir. Və bu, bir dərsdir. Çünki keçmişdə elə hərəkət etmişik ki, Putin lazım olduğu kimi sərt reaksiya verəcəyimizə inanmırdı”.

Teqlər: