Putin bundan heç vaxt əl çəkməyəcək!

Putin bundan heç vaxt əl çəkməyəcək!

Rusiya Prezidenti Vladimir Putin heç vaxt Kiyev də daxil olmaqla, bütün Ukraynanı ələ keçirmək niyyətindən əl çəkməyəcək.

AzerTimes xəbər verir ki, bunu Ukrayna SQ Birləşmiş Qüvvələrinin komandanı, general-leytenant Sergey Nayev deyib.

Onun fikrincə, hələlik Rusiyanın Ukrayna paytaxtına hücum təhlükəsi yoxdur:

“Bu ehtimal (Kiyevə hücum- red.) əlbəttə ki, var. Çünki Putin Ukraynanı və birbaşa dövlətimizin paytaxtını ələ keçirmək niyyətindən heç vaxt əl çəkməyəcək. Bu, həqiqətən də onun planlarının prioritetlərindəndir”.

Nayev əlavə edib ki, işğal üçün ruslar tərəfindən qüvvə toplanması müşahidə edilmir:

“Gələcəkdə nə olacaq – hər şey onun qərarlarından, eləcə də qüvvə və vasitələrin mövcudluğundan asılıdır. Ukrayna hərbçiləri Kiyev istiqamətində hərbi əməliyyatların aparılmasının əvvəlki təcrübəsini nəzərə alır və müdafiəni gücləndirmək üçün lazım olan hər şeyi edir”.

Teqlər: