Son zamanlar Rusiya Ukrayna şəhərlərinə raket bombardmanlarını gücləndirib.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.
O bunun bir neçə səbəbinin olduğunu deyib:
“Ukraynanı raketlə vurmaqla Rusiya Ukraynanın müttəfiqlərinə təzyiqləri artırır. İkinci səbəb isə Ukrayna vətəndaşlarının ruhunu sındırmaq, cəmiyyəti hakimiyyətə təzyiq göstərməyə və danışıqlara təslim olmağa məcbur etmək üçün edilən mənəvi-psixoloji təsirdir”.