Böyük mülki itkilərin olmasını istəmədiyi üçün Putin Kiyevi almaqdan imtina etdi.
AzerTimes xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalı jurnalist Diana Pançenkoya müsahibəsində deyib.
“Bilirsiniz ki, bir-iki ay Rusiya qoşunları Kiyevin kənarındakı Qostomeldə yerləşdirilmişdi. Mənim bununla bağlı Putinlə söhbətim oldu. Dedim ki, müharibə müharibədir, ancaq müharibənin sonlanması üçün paytaxt alınmalıdır. O isə mənə dedi ki, bilirsən, bunu dərhal etmək olar. Amma çox sayda insan öləcək”, – Lukaşenko bildirib.