Rusiyaya yeni ərazilərin birləşdirilməsi haqqında müqavilələrin imzalanma mərasimi sentyabrın 30-da Kremldə keçiriləcək.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Sabah saat 15:00-da Böyük Kreml sarayında, Müqəddəs Georgi zalında Rusiya Federasiyasına yeni ərazilərin daxil olmasına dair müqavilələrin imzalanması mərasimi keçiriləcək. Bu tədbirdə Prezident Putinin genişhəcmli çıxışı olacaq”, – Peskov bildirib.
O qeyd edib ki, bu, prezidentin Federal Məclisə müraciəti deyil, fərqli formatdır.
“Prezidentin müraciəti daha sonra baş tutacaq, biz dəqiq məlumat verəcəyik”, – Peskov bildirib.
Onun sözlərinə görə, Putin işğaldan azad edilmiş ərazilərin rəhbərləri ilə sentyabrın 30-da, onların Rusiya Federasiyasına daxil olması ilə bağlı sazişlərin imzalanacağı Moskvada görüş keçirəcək.