Qazaxıstan iki ölkə arasında regionlararası əməkdaşlıq forumunda iştirak etmək üçün payızda Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfərini gözləyir.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstanın Moskvadakı səfirliyi məlumat yayıb.
Bildirilir ki, bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın Moskvadakı səfiri Dauren Abayevlə görüşüb:
“Tərəflər Qazaxıstan-Rusiya əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, inteqrasiya strukturları çərçivəsində qarşılıqlı fəaliyyət, həmçinin, regional və beynəlxalq aktual məsələləri müzakirə ediblər”.