Xerson rusların tamamilə ələ keçirdiyi yeganə regional mərkəzdir. Rus qoşunları oranı xoşluqla tərk etməyəcək.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Baş Qərargah heç vaxt ordan getməyəcək, çünki Putin icazə vermir. Vilayət mərkəzinin itirilməsi onun üçün bütün müharibəni uduzmağa bərabər olacaq. Ona görə də Putin ordan getməyəcək. Amma burda bir istisna var. Əgər ruslar vəziyyətin dalana dirəndiyini anlayıb qaçsalar, Baş Qərargah və Kreml onlara mane ola bilməyəcək”, – Jdanov bildirib.