Ukraynanın əks-hücum əməliyyatı irəliləyir. Rus işğalçıların hər gün məhv edilməsi bunun sübutudur.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
Danilov bildirib ki, Ukraynanın əks-hücum əməliyyatının dalana dirənməsi ilə bağlı fikirlər səthidir.
O, həmçinin Rusiyanın dərin süqut prosesinin artıq başladığını və Vladimir Putinin Ukraynaya genişmiqyaslı müdaxilə ilə bunu yalnız sürətləndirdiyini qeyd edib.