Rusiya Prezidenti Vladimir Putin Hindistana səfər edəcək.
AzerTimes xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Ümid edirəm ki, onun səfərinin dəqiq tarixini tezliklə müəyyən edəcəyik”, – o bildirib.
Peskov əlavə edib ki, Moskva və Yeni Dehli səfərlə bağlı hazırlıqlara başlayacaq.