Putin bu ölkələri hədələdi: Qısa müddətdə qərar olacaq

Putin bu ölkələri hədələdi: Qısa müddətdə qərar olacaq

Rusiya Qərb ölkələrinin qiymət tavanı tətbiq etmək qərarına cavab tədbirlərindən biri kimi neft hasilatını azaltmağı nəzərdən keçirir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında deyib.

“Reaksiyamıza gəlincə, mən artıq dedim: biz sadəcə olaraq belə qərarlar verən ölkələrə satmayacağıq. Mən indi demirəm ki, bu, qərardır, lazım gələrsə, hasilatın azaldılmasının mümkünlüyü barədə düşünəcəyik. Bizim OPEK+ ilə məlum hasilat hədəfi ilə bağlı razılaşmamız var. Lazım gələrsə, əlavə nələrsə düşünəcəyik. Mən Rusiyanı nəzərdə tuturam”, – Putin bildirib.

Onun sözlərinə görə, Rusiya hazırda cavab variantlarını nəzərdən keçirir, cavabın yekun variantı yaxın vaxtlarda prezidentin fərmanında təsbit olunacaq.

Teqlər: