Ukrayna Prezident Ofisi Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putin və Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün order verməsinə reaksiya verib.
AzerTimes xəbər verir ki, bu barədə danışan Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Ukraynanın Haaqa məhkəməsi ilə sistemli şəkildə əməkdaşlıq etdiyini bildirib.
“Onlar ukraynalı uşaqların qanunsuz məcburi köçürülməsində şübhəli bilinirlər. Bu o deməkdir ki, onlar Roma Nizamnaməsini ratifikasiya etmiş ölkələrin ərazisində həbs oluna bilərlər”, – Yermak qeyd edib.