Rusiya Prezidenti Vladimir Putin elan etdiyi səfərbərliklə bağlı problemlərin olduğunu etiraf edib.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
“Putin Təhlükəsizlik Şurasında səfərbərliklə bağlı çıxış edib və deyib ki, səfərbərlik kampaniyası zamanı bir çox suallar yaranır və biz səhvlərimizi tez bir zamanda düzəltməli, təkrarlamamalıyıq. Putinin problemləri son dərəcə tez etiraf etməsi ilk həftə ərzində səfərbərlik funksiyasının pozulduğunu göstərir. Yerli məmurlar yəqin ki, kampaniyanın dəqiq miqyasını və hüquqi əsaslarını bilmir, aidiyyəti kadrları orduya düzgün cəlb etmirlər”, – məlumatda deyilir.