Putin bu modeli məhv etmək istəyir – Melnik

Putin bu modeli məhv etmək istəyir – Melnik

Qərb anlamalıdır ki, Rusiya Prezidenti Vladimir Putinin müharibəsi təkcə Ukraynanın mövcudluğunu deyil, həm də Qərbin demokratiya modelini təhdid edir. Kiyevin tərəfdaşları artıq çox şey ediblər, lakin onu dayandırmaq üçün daha çox iş görülməlidir.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı keçmiş səfiri Andrey Melnik deyib.

“Putin Qərbin demokratiya, azadlıq və insan haqları modelini məhv etmək istəyir. Bu, onun əsas məqsədidir. Bu, xüsusən almanlar mesajdır ki, Rusiyanı dayandırmaq üçün daha çox iş görülməlidir. Berlinə güclü töhfəsinə görə minnətdarıq və Almaniyanın artan rolunu alqışlayırıq”, – o bildirib.

Onun sözlərinə görə, həqiqətən də Putini dayandırmaq və onu öz yerinə oturtmaq üçün daha çox iş görülməlidir:

“Berlin Kiyevə həm “Taurus” qanadlı raketlərini, həm də Almaniyanın “Tayfun” və “Tornado” qırıcılarını verməlidir. Bu il Almaniya hökuməti bizə silahlanma üçün 7 milyard avro yardım edir. Bu, həqiqətən də təsiredicidir. Amma təəssüf ki, bu, hələ də Rusiya hərbi maşını ilə ayaqlaşmağa kifayət etmir. Ukraynaya AB-nin ÜDM-inin 1%-ni vermək lazımdır ki, bu da ildə təxminən 160 milyard avro təşkil edəcək. Bu, ilk növbədə müttəfiqlərimiz tərəfindən yaradılmalı olan böyük məbləğdir, biz bunu başa düşürük. Amma bu gün bunu etməsək, Putinin daha çox gücü ola bilər”.

Teqlər: