Rusiya Prezidenti Vladimir Putin BƏƏ və Səudiyyə Ərəbistanına səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
O, səfərin işgüzar xarakteri daşıyacağını bildirib.
“Ümid edirəm ki, faydalı danışıqlar olacaq. Biz bunu son dərəcə mühüm hesab edirik”, – Uşakov vurğulayıb.
Səfərin bu həftə baş tutacağı gözlənilir.