Putin bu bölgəni də döyüş meydanına çevirmək istəyir

Putin bu bölgəni də döyüş meydanına çevirmək istəyir

Rusiyanın Ukraynadakı işğalçı müharibəsi dördüncü ayına girdiyi vaxtda Prezident Vladimir Putinin qütb bölgəsi ilə bağlı planlar qurduğu ortaya çıxıb.

AzerTimes xəbər verir ki, bu barədə Çexiyada fəaliyyət göstərən “Marko Cvitas” analitik mərkəzinin yaydığı hesabatda bildirilib.

Sənəddə Rusiyanın Arktika bölgəsini silahlandırmağı və buranı gələcəyin döyüş meydanına çevirməyi planlaşdırdığı iddia edilib. Hesabatda Qərb ölkələrinə Putinin planlarına qarşı xəbərdarlıq edilib.

Hesabatda vurğulanıb ki, Putin illərlə Arktikanın şimalında hava bazaları, raket buraxılış poliqonları, radar stansiyaları və gəmiqayırma müəssisələri inşa edib. Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra regiona yenidən diqqət artıb.

“Civitas”ın iddiasına görə, Şimal qütbü artıq Rusiyanın hərbi supergüc iddia edə biləcəyi yeganə bölgə ola bilər. Rusiyanın bu bölgədə yeni ticarət yolları axtarışında olduğu iddialar arasındadır.

Mütəxəssislər Putinin bir müddətdir ki, sanksiyalara görə maliyyə çətinliyi yaşadığını, ona görə də pul tapmaq üçün Çindən dəstək axtaracağını düşünürlər. İndi Putin qütb planı ilə Pekinə çoxdan nəzarət etməyi planlaşdırdığı, amma ərazi iddiası olmayan bölgəyə “çıxış qapısı” təklif edir. Əgər iki ölkə birlikdə dünyanın zirvəsində yerləşsə, bu, Qərb üçün də böyük təhlükə yarada bilər.

İngiltərə bölgədəki müttəfiqlərini Avstraliya ilə AUKUS razılaşmasına bənzər yeni bir CAUKUS ittifaqı yaratmağa və nüvə sualtı gəmiləri də daxil olmaqla hərbi qüvvə yerləşdirməyə çağırıb.

“Rusiyanın ekspansiyasının Arktikada yaratdığı təhlükədən ayılmalıyıq. bütün diqqətlər Ukraynada olduğu vaxtda Rusiya Arktikada yeni nəsil nüvə sualtı gəmiləri və hipersəs raketlərini sınaqdan keçirir və regionda mövcudluğunu gücləndirir”, – hesabatın hazırlanmasında iştirak edən ekspert Rob Klark deyib.

İddiaya görə, Putin Arktikadakı Rusiya qüvvələrini gücləndirmək üçün generallarına göstəriş verib. Qlobal ticarətə hakim olmaq üçün atılan bu addım Qərb tərəfindən narahatlıqla qarşılanır.

“NATO öz şimal cinahını qorumalıdır və İngiltərə Rusiyanın fəaliyyətlərini yaxından izləmək üçün Arktikada nümayəndə yerləşdirməlidir”, – Klark bildirib.

Teqlər: