Ağ Evin rəhbəri Co Baydendən fərqli olaraq Rusiya Prezidenti Vladimir Putinin Şərqdə daha çox nüfuzu var.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor bildirib.
“Strateji baxımdan Putin Yaxın Şərqdə bütün kartlara sahibdir, o, regionda çox hörmətlidir və təmkin nümayiş etdirir”, – deyə o izah edib.
Bundan əlavə, Makqreqor qeyd edib ki, ABŞ-ın bu regionda imicinə xeyli ziyan dəyib. Onun sözlərinə görə, indi ABŞ “gülünc görünür, Rusiya isə güclüdür”.