Putin bizi parçalamaq istəyir – Berlin hazırlıq görür

Putin bizi parçalamaq istəyir – Berlin hazırlıq görür

Almaniya Rusiya qazından asılılığını azaltmaq üçün kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini bərpa edəcək və şirkətlərə təbii qaz istehlakını məhdudlaşdırmaq üçün stimullar təklif edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Robert Habek deyib.

“Aydındır ki, bizi qəzəbləndirmək, qiymətləri qaldırmaq və parçalamaq Putinin strategiyasıdır. Buna imkan verməyəcəyik. Biz qətiyyətlə, dəqiq və düşünülmüş şəkildə özümüzü müdafiə edəcəyik”, – o bildirib.

Teqlər: