Putin Baydenin açıqlamasını cəfəngiyyat adlandırdı

Putin Baydenin açıqlamasını cəfəngiyyat adlandırdı

ABŞ Prezidenti Co Baydenin rus qoşunlarının NATO-ya hücum edə biləcəyi ilə bağlı açıqlamaları tamamilə cəfəngiyyatdır.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, bu, sadəcə olaraq Rusiya istiqamətində yanlış siyasətə haqq qazandırmaq üçün bir söz oyunudur:

“ABŞ-ın bu gün Rusiyanı strateji məğlub etmək perspektivi yoxdur. ABŞ 20 il əvvəl düşündüyü və açıq şəkildə bəyan etdiyi kimi Rusiyanı strateji məğlub etməkdə maraqlı deyil. Bu məsələ ABŞ-ın özünün milli maraqlarına uyğun deyil”.

Teqlər: